- Baxış sayı: 34
- 26 İyul 2024 21:04
- Baxış sayı: 50
- İyul 26, 2024
- 0
AFFA-nın apelyasiya arbitraj tribunalının iclası keçirilib.
Allsport.az xəbər verir ki, tribunalda “Turan Tovuz”un şikayətinə baxılıb. Qərblilər Azərbaycan premyer liqasının XXXIII turunun “Zirə” ilə oyununun 90+9-cu dəqiqəsində qırmızı vərəqə alan Roderik Millerlə bağlı müraciət edib.
AFFA apelyasiyanı təmin etməməyə qərar verib. İntizam Komitəsinin təcavüzkar davranışa görə verdiyi 4 oyunluq cəza və klubun 3000 manat cərimələnməsi qüvvədə saxlanılıb.