- Baxış sayı: 9
- 15 Yanvar 2025 15:58
- Baxış sayı: 639
- Yanvar 10, 2025
- 0
Bu gün AFFA-nın lisenziya komissiyasının iclası keçirilib. Allsport.az xəbər verir ki, iclasda 2021-2022-ci il mövsümündə UEFA-nın klub və Azərbaycan premyer liqası yarışlarında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.
AFFA-nın lisenziya komissiyası klubların lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2020) 8-ci maddəsinə əsaslanmış müzakirələrdən sonra aşağıdakıları qərara alıb:
1. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin: “Qarabağ” , “Neftçi”, “Sumqayıt”, “Zirə”, “Keşlə”, “Sabah”;
2. Premyer Liqada iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin: “Qəbələ”, “Səbail”;
3. Premyer liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin: “Kəpəz”, “Turan Tovuz”, “Qaradağ-Lökbatan”, “Zaqatala”.
Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın lisenziyalaşdırma üzrə apellyasiya komitəsinə apellyasiya şikayəti verə bilər.