Ötən mövsüm futbolçulara ən çox maaş “Neftçi” verib, amma hər il çempion “Qarabağ” olur

Ötən mövsüm futbolçulara ən çox maaş “Neftçi” verib, amma hər il çempion “Qarabağ” olur

Ötən mövsüm güclülər dəstəsində klubların futbolçulara ödədikləri məvacibin məbləği açıqlanıb. Allsport.az saytı xəbər verir ki, 2024/2025-ci illərdə oyunçulara ən çox maaş vürən “Neftçi” olub. Bu rəqəm 18 milyon 287 min 111 manat təşkil edib.

Bu göstəricidə 2-ci pillədə “Qarabağ” qərarlaşıb. Ağdam təmsilçisi futbolçulara 13 milyon 878 min 800 manat ödəyib.

Bu rəqəm “Sabah”da 8 milyon 911 min 200, “Sumqayıt”da 4 milyon 431 min 100, “Səbail”də 4 milyon 385 min 800, “Zirə”də 4 milyon 287 min 627, “Araz-Naxçıvan”da 3 milyon 619 min 200, “Turan Tovuz”da 2 milyon 613 min 900 manat olub.

“Kəpəz” (1 milyon 754 min 700 manat) və “Şamaxı” (1 milyon 4 min 300 manat) ötən mövsüm oyunçulara ən az əmək haqqı verən komandalar sırasında yer alıblar.

Həmin kateqoriyadan