- Baxış sayı: 41
- 25 İyul 2024 14:14
- Baxış sayı: 47
- İyul 26, 2024
- 0
AFFA-nın apelyasiya arbitraj tribunalının iclası keçirilib.
Allsport.az xəbər verir ki, qurum “İmişli”nin şikayətinə baxıb. I Liqanın XX turu çərçivəsində keçirilən “Mingəçevir” – “İmişli” oyununun 80-ci dəqiqəsində ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alan Gilyerme Silvanın 2 oyun cəzalanması, klubun 150 manat cərimə edilməsinə yenidən baxılıb.
Futbolçu barəsində tətbiq olunan 2 oyunluq cəzanın çəkilməmiş hissəsi, yəni, 1 matçlıq diskvalifikasiya şərti tətbiq ediləcək. Ona 3 ay sınaq müddəti verilib. Cərimə isə qüvvədə saxlanılıb.