AFFA-nın liqalarında mövsümün püşkü atılıb

AFFA-nın bayrağı altında təşkil edilən U-15, U-16, U-17 və gənclər liqasında 2024/2025-ci illər mövsümünün püşkatma mərasimi keçirilib.

Allsport.az xəbər verir ki, AFFA U-15 və U-16 liqasının hər birində 15 komanda çıxış edəcək. 

Komandalar “A” qrupu (15 komanda) və Naxçıvan muxtar respublikası üzrə “B” qrupu olmaqla iki qrupa bölünüblər. 

Birinci mərhələ 2 dövrədən ibarət olmaqla dairəvi sistemlə keçiriləcək. “B” qrupundakı komandaların bölgüsü Naxçıvan muxtar respublikası üzrə iştirak edən kollektivlərdən formalaşdırılır. Bu yaş qruplarının “A” qrupunda ilk 7 yerin, “B” qrupunda isə 1-ci yerin sahibi final mərhələsində ev-səfər prinsipinə əsasən pley-off sistemi ilə yenidən qarşılaşacaqlar.

AFFA U-17 və gənclər liqası isə 3 dövrədən ibarət olacaq. U-17 Liqada 15 komanda, gənclər liqasında 13 komanda mübarizə aparacaq.

U-15 liqada I turun təqvimi
“Turan Tovuz” – “Sabah”
“Neftçi” – “Sumqayıt”
“Səbail” – EFA
“Qəbələ” – “Kəpəz”
“Zirə” – “Vətən”
“Qarabağ” – “Şamaxı”
“Dinamo” – ASTA
“Metak” I turda oyun keçirməyəcək.

U-16 liqada I turun təqvimi
“Qarabağ” – “Sabah”
“Şamaxı” – “Mübariz”
“Turan Tovuz” – “Zirə”
“Dinamo” – “Səbail”
“Lion” – EFA
UFA – “Neftçi”
“Kəpəz” – “Sumqayıt”
ASTA I turda oyun keçirməyəcək.

U-17 liqada I turun təqvimi
“Qarabağ” – “Sabah”
“Vətən” – “Səbail”
“Araz-Naxçıvan” – “Kəpəz”
“Sumqayıt” – “Masallı”
“Zirə” – “Şamaxı”
“Turan Tovuz” – EFA
“Dinamo” – “Neftçi”
“Qəbələ” I turda oyun keçirməyəcək.

Gənclər liqasında I turun təqvimi
“Qarabağ” – UFA
“Kəpəz” – “Zirə”
“Sumqayıt” – “Dinamo”
“Sabah” – “Turan Tovuz”
“Səbail” – “Qəbələ”
“Şamaxı” – “Araz-Naxçıvan”
“Neftçi” I turda oyun keçirməyəcək.

Həmin kateqoriyadan