- Baxış sayı: 42
- 25 İyul 2024 14:14
- Baxış sayı: 50
- İyul 26, 2024
- 0
AFFA-nın klubların lisenziyalaşdırılması departamentinin direktoru Elçin Məmmədov UEFA-nın iclasında iştirak edib.
Allsport.az xəbər verir ki, bunu assosiasiyanın mətbuat xidməti açıqlayıb.
Məmmədov klubların lisenziyalaşdırılması komitəsinin toplantısına üzv olaraq qatılıb. İclas UEFA-nın İsveçrənin Nyon şəhərindəki qərargahında baş tutub.
Toplantı zamanı növbəti mövsüm üçün lisenziyalaşdırma qaydalarında nəzərdə tutulan dəyişikliklər müzakirə olunub.