Ağasəlim Mircavadov – 75!

Oktyabrın 22-də Azərbaycanın əməkdar məşqçisi, “Şöhrət” ordeni laureatı, hazırda fəaliyyətini AFFA-nın məşqçilər komitəsinin üzvü olaraq davam etdirən Ağasəlim Mircavadovun 75 yaşı tamam olur.

Allsport.az saytı xəbər verir ki, bu münasibətlə assosiasiyanın inzibati binasında baş katib Sərxan Hacıyev onunla görüşüb.

O, rəhbərlik adından əlamətdar yubileyi münasibətilə Ağasəlim Mircavadovu təbrik edib, ona xoş arzularını çatdırıb.

Veteran futbolçu təbrikə və səmimi sözlərə görə AFFA rəhbərliyinə minnətdarlığını bildirib.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish