- Baxış sayı: 32
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Azərbaycanın əməkdar məşqçisi, Məşqçilər Komitəsininüzvü Ağasəlim Mircavadov 2014-cü ilin yekunu ilə bağlı qol.az saytının sullarını cavablandırıb. Allsport.az sizi həmin müsahibə ilə tanış edir.
– Əvvəlcə başa çatan 2014-ci ili Azərbaycan futbolu üçün dəyərəndirməyinizi istərdik.
– Futbolumuz haqda danışanda həmişə ilk növbədə klublarımıza nəzər salmalıyıq. Əlbəttə ki, “Qarabağ”ı qeyd etməliyik. Qurban Qurbanovun komandası Avropa Liqasında çox gözəl çıxış etdi və turniri qələbə ilə başa vurdu. Çox xoş haldır ki, artıq Avropada Azərbaycan klubundan – “Qarabağ”dan danışılır. 2014-cü il üçün ən xoş sözlər “Qarabağ” klubuna və onun rəhbərliyinə aiddir.
– Milli komandalarımız haqda nə demək olar?
– Gəlin, əvvəlcə aşağı yaş qruplarımıza nəzər salaq. U-17 və U-19 millilərimiz son zamanlar yaxşı çıxış edirlər. Hər iki komandamız Avropa çempionatının elit raunduna vəsiqə qazandı. U-19 millimizin oyunu o qədər də ürəkaçan deyil. Ancaq inanıram ki, elit raundda hər iki komandamız yaxşı nəticə qazanacaq.
– Yəni bu komandaların sayəsində gələcəyə nikbin baxmaq olar?
– Əlbəttə, buna ümidliyik. Yaddan çıxarmayaq ki, 2020-ci ildə Avropa çempionatının bəzi oyunları Bakıda keçiriləcək. Biz hazırda aşağı yaş qruplarında çıxış edən futbolçulardan çox şey gözləyirik. Onların sayəsində biz də AÇ-2020-də iştirak edə bilərik. Əsas problemimiz odur ki, U-21 millimizlə əsas yığmamız arasında əlaqələrə düzgün qurulmayıb. Bunu da Foqtsun passivinə yazmaq olar. Əsas millimizdən isə nə baxımlı oyun, nə də nəticə gördük. Komandamız 2014-cü ildə bərbad çıxış etdi.
– Elə bu səbəbdən Foqtsun gedişini də 2014-cü ildə baş verən müsbət hadisələrdən biri kimi qeyd etmək olarmı?
– Həmkarımız haqda pis fikirdə olmamalıyıq. Ancaq yazılmamış qayda belədir ki, komanda zəif çıxış edəndə baş məşqçi özü istefa verməlidir. Bütün dünyada belədir.
– Premyer Liqamızın gedişindən razısınız?
– Çempionatımız 10 komanda ilə start götürdü. Təəssüflər olsun ki, qış fasiləsinə 9 komanda yollandı. Bu, mənfi cəhətdir. Biz klublarımızın sayını artırmalıyıq. Çünki bununla yerli futbolçuların da sayı artacaq. Bütün bunlar milli komandamıza xeyir verə bilər. Çempionatımızın səviyyəsi də ürəkaçan deyil. Yalnız “Qarabağ” və “İnter” stabil çıxış edir. Digərlərində böyük problemlər oldu. Bəzilərində maliyyə problemi yarandı. “Xəzər Lənkəran” kimi bir klub artıq gənc futbolçularla mübarizə aparmaq istəyir. Adətən top klublar belə addım atmır, öz imicini saxlayır.
– Demək olarmı çempionluq uğrunda mübarizə 2-3 komanda arasında gedəcək?
– Bəli, belə görünür. Bu, çox pis haldır. Mən “Xəzər Lənkəran”da işləyəndə 8 komanda çempionluq uğrunda mübarizə aparırdı. Stadionlarda 7-8 min azarkeş olurdu. Lənkəranda isə stadion tam dolurdu. Azarkeşin stadiona gəlməyi yalnız oyunla bağlıdır. İndi baxımlı oyun olmadığı üçün azarkeşlər komandalardan üz döndərib.
– Sizcə, çempionatımızda enişin səbəbi legioner limiti, yaxud da sitemlə bağlı ola bilər?
– Məncə, legioner limiti burada rol oynamır. Bu enişin səbəbi bəzi klublarımızda tez-tez baş məşqçi dəyişiklikləri oldu. Fikir verin, “Xəzər Lənkəran” və “Qəbələ” klublarda son iki ildə dəfələrlə baş məşqçi dəyişikliyi oldu. Həm də gətirilən baş məşqçilərin heç biri yerli olmadı. Əcnəbi mütəxəssislər isə komandaya lazımsız futbolçular dəvət etdi. Muntyanu “Qəbələ”yə 6-7 futbolçu gətirdi. Yeni gələn baş məşqçi Roman Qriqorçuk isə həmin legionerlərdən imtina etdi. Yəni məşqçi öz oyun sistemini komandaya oturdana qədər onu dəyişirlər. Adətən komandaların sayı azalanda keyfiyyət artır. Ancaq indi klublarımızda keyfiyyət də görünmür. Məncə, çempionatımızda çıxış edən komandaların sayı 12-yə qaldırılmalıdır.
– Klublar Komitəsi ilə görüş zamanı bu məsələni müzakirə etmisiniz?
– Belə, danışığımız olub. Ancaq bunun üçün klubların maliyyə imkanları yaxşı olmalıdır. AFFA rəhbərliyi bu haqda düşünür. Çempionat heç olmasa 12 klubla keçirilsə, gərginlik də çox olar. Əsasən də bölgələrdə olan klublarımız çempionatda iştirak etməlidir. Onsuz da paytaxda klub çoxdur. Bəzi bölgə klubumuz şəraitsizlikdən, imkanszılıqdan əziyyət çəkir. Bütün bunlardan əlavə, biz 2020-ci ildə keçiriləcək Avropa çempionatını düşünməliyik. Bəzi oyunları Bakıda keçiriləcək bu turnirdə mütləq iştirak etməliyik.
– Sizcə, bu, mümkündür?
– Hər şey ola bilər. Bu, birinci növbədə mili komandaya nəzarət edən qrumdan asılıdır. Rəhbərlik ilk növbədə təcrübəli mütəxəssislərlə məsləhətləşməlidir.
– Bunun üçün Məşqçilər Komitəsi yaranıb. Artıq sözünüzü deyə bilirsiniz.
– Məşqçilər Komitəsi cəmi bir aydır yaranıb. Biz sözümüzü deyirik Ancaq yaddan çıxarmayın ki, bizim bütün dediklərimiz yalnız tövsiyə xarakteri daşıyır. Bu bir ay ərzində heç bir şey gözümüzdən yayınmayıb, hamısını təhlil etmişik.