- Baxış sayı: 38
- 02 Noyabr 2026 12:05
- Baxış sayı: 269
- Oktyabr 25, 2026
- 0

“Arsenal”ın keçmiş baş məşqçisi Arsen Venger qarşıdan gələn dünya çempionatı ilə bağlı danışıb.
Allsport.az xəbər verir ki, fransalı mütəxəssis favorit komandasını açıqlayıb:
“Mümkün qədər obyektiv olmağa çalışıram, amma Fransa bir səbəbdən ən çox favoritdir: onların digər ölkələrdən daha çox dünya səviyyəli hücumçusu var. Və bu, çox vacib olacaq”.
Dünya çempionatı 2026-cı ilin yayında ABŞ, Kanada və Meksikada keçiriləcək.