- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Güləş federasiyasında çatışmamazlıq tək maliyyə deyil, nəzarətsizlik və bürokratiya da müzakirə mövzusudur. Ötən ilin iyulunda milli komandanın dünya şöhrətli bahadırları Olimpiya Güləş Mərkəzinin həyətində maaşların uzun müddət verilməməsi ilə bağlı etiraz tədbirindən sonra, məşqçilər də daxil olmaqla, halqa daha yığılıb, bərkidilib. Artıq xeyli müddətdir ki, KİV adi günlərdə adlı-sanlı pəhləvanlardan müsahibə almaq üçün maneə ilə üzləşir. Həmkarlarım istəyinə çatması üçün, gərək mətbuat xidmətinə müraciət edələr. O da öz növbəsində, rəhbərliyə məlumat verməlidir. Razılıq verildikdə, söhbətə icazə verilir. Adətən, belə hallar olimpiya ilində, mühüm sınaq öncəsi baş verir: milli üzvləri təbiət qoynunda mənzərəli guşədə toplanır, diqqəti yalnız hədəfə kökləyir, onlara hətta ailə üzləri ilə görüşməyə icazə verilmir. Amma adi günlərdə ölkənin ən aparıcı və milli idman növünün təbliğinin icazəli olması saf niyyətlə deyil. Aydın məsələdir ki, güləşçilərin media ilə təmasına maneənin səbəbinin arxasında federasiyadakı mövcud durumdur – uzun müddət verilməyən maaş mövzusu yenidən qabardılar. Bir də, olimpiya, 3-qat dünya və digər yüksək titullu pəhləvanların müsahibə vermələri, verilişə getmələri üçün nə icazə? Onlar çoxdan öz sözlərini şərəflə deyib icazələrini, mükafatlarını, xeyir-dualarını Milli Olimpiya Komitəsini rəhbərindən alıblar.
Allsport.az saytı bir xoşagəlməz məqam da aşkarlayıb. Federasiyanın mətbuat katibinin komanda ilə qatıldığı Kiyev yarışında (23-25 fevral), ABŞ səfəri öncəsi KİV üçün açıq təlim-məşq toplanışında (3 aprel) və dünya kubokunda (7-8 aprel) idmançı və məşqçilərdən AGF-nin rəsmi saytında bir açıqlama belə getmədi (elə dünya şöhrətli hakimlərimizdən də könüllü nəsə yazılmır). Awf-az.org-da Azərbaycan tərəfdən yalnız və yalnız 1-ci vitse-prezident Firdovsi Umudovun açıqlamaları bəzədi. Martın 19-da elə bu saytda yerləşdirilən 11 aprel prezident seçkisi ilə bağlı güləşçilərin çağırışında da bir nəfərin sözü deyildi. Belədə, yadıma «Axırıncı aşırım» filmində 2 əks cəbhə arasında bir dialoq düşdü. – Qəmlo Kərbalıyının hüzurunda olan bolşevik İmanın yaxasından yapışıb deyir: «Hanı sənin paytaxtın, hanı topun, topxanan?» İndi, həmin dəstək tədbirində hanı olimpiya, dünya və Avropa çempionlarımızın fikirləri? Axı onlar həmişə Vətənin, ölkə başçısının, Ali Baş Komandanın sərəncamındadırlar! Olmaya güləşçilərimizi qladiator, məşqçiləri təhkimliyə bənzədirlər? Burada mətbuat katibinə sual düşmürmü, bəs sənə olub? Hanı ədalət, insaf, peşəkarlıq, dürüstlük?..
Millimiz güləş nəhəngləri – Rusiyanın və İranın iştirak etmədiyi dünya kubokunda gümüş medal qazanıb Vətənə qayıdarkən, Heydər Əliyev adına beynəlxalq hava limanında kapitan Cəbrayıl Həsənov və 3-qat dünya çempionu Hacı Əliyevin təəssuratları AGF-nin rəsmi saytında candərdi 3-4 cümlə ilə yer aldı. Belə çıxır, KİV olmasaydı, qəhrəmanlar heç onu da görməyəcəkdilər.
12 fevralda Bakı Konqres Mərkəzində prezident seçkisində gənclərin və idmançıların respublika toplantısı keçirildi. Həmin tədbirdə titullu yunan-Roma güləşçisi Rəsul Çunayevin İlham Əliyevə dəstək çıxışı oldu. Həmin məlumatı və fotonu saytda yerləşdirməyi özümə vəzifə borcu bildim. Təəssüf ki, Mayis Musayevə bu sərf etmədiyindən, onu federasiyanın rəsmi Feisbuk səhifəsində paylaşmadı. Bu azmış kimi, Azərbaycana heç bir aidiyyatı olmayan, ötən ilin fevlarında Kirmanşahda keçirilmiş sərbəst güləş üzrə dünya kubokunda Azərbaycan bayrağını başqa ölçü və rəngdə təqdim edən (baş məşqçi Firdovsi Umudov sonradan bu təxribatın qarşısını almışdı – K.H) İran Güləş Federasiyasına dair ölkə idman saytlarının birində yazılan (17 fevral) xəbəri yerləşdirdi. Açıq aydın görünür ki, o, son dövrdə federasiyanın deyil, şəxsi mətbuat katibidir. AGF-ə isə əsl, hərtərəfli mətbuat katibi lazımdır: bahadırları və məşqçiləri daim mənafesiz təbliğ edən. Güləş federasiya ən qabaqcıl təşkilatlardandır. Olimpiya oyunlarında qazanılan mükafatların yarısı bahadırların adı ilə bağlıdır. Tokio-2020-də ümid onlaradır. Bu üzdən də AGF daim diqqət mərkəzindədir. Növbəti yazılarımızda awf-az.org-da gedən səhvlərə və dopinq məsələsinə silsiləvi toxunacağıq, eləcə də Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçin federasiyanı rəsmi saytına açıqlamasında «ümid edirəm ki, gələcəkdə Azərbaycanın ev sahibliyi edəcəyi bir çox böyük yarışlar olacaq» deməklə nəyə işarə vurmasının izahını verəcəyik.
K.HACI