- Baxış sayı: 45
- 05 Noyabr 2024 12:01
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
12-20 fevral 2024-cü il tarixlərində Bolqarıstanın paytaxtı Sofiyada ağırlıqqaldırma üzrə Avropa çempionatı ilk 3 yarış günü arxada qalıb.
Allsport.az xəbər verir ki, 43 ölkədən 402 atletin (202 kişi + 200 qadın) iştirak etdiyi yarışda Azərbaycan yığma komandasının üzvləri də çıxış edirlər.
Artıq 3 atletimiz körpücük üzərinə qalxıb. Nazilə İsmayılova 45 kq çəki dərəcəsində 11-ci olub. Tehran Məmmədov və İsa Rüstəmov isə 67 kq çəki dərəcəsində qüvvələrini sınayıblar. Tehran bu çəkidə 12-ci, İsa isə 5-ci olub.
Bu gün Bakı vaxtı ilə saat 14:00-da Ömər Cavadov yarışa çıxacaq. O, 73 kq çəki dərəcəsinin B qrupunda mübarizə aparacaq.