AKAF “Push-30” ilə əməkdaşlığa başlayıb

Azərbaycan kanoe və avarçəkmə federasiyası ilə “Push-30” arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Allsport.az xəbər verir ki, bununla əlaqədar mayın 12-də “Dədə Qorqud” parkında master-klass ictimai layihə təşkil olunub.

Layihənin şərtlərinə əsasən, “İnstaqram” üzərindən “Push30.az” səhifəsində qeydiyyatdan keçən 250 nəfərdən çox sakin təlim qayıqlarında avar çəkiblər. Avarçəkmə idmanı paytaxt sakinləri tərəfindən böyük maraqla qarşılanıb.

Razılaşmaya əsasən, “Push-30”da olan idman növləri sırasına avarçəkmə də daxil edilib. Artıq “Push-30”da QR kod vasitəsi ilə avarçəkmə idmanını seçərək məşqlərə qoşulmaq olar. Məşqlər Bakı bulvarında Azərbaycan kanoe və avarçəkmə federasiyasının yaxınlığında hər gün keçirilir. Ərazi “Suraxanı” gəmi muzeyinə də yaxındır.

Həmin kateqoriyadan