- Baxış sayı: 56
- 19 Dekabr 2025 23:49
- Baxış sayı: 135
- Dekabr 19, 2025
- 0


Xorvatiya millisinin sabiq hücumçusu Boşko Balaban övladına aliment ödəmədiyi üçün həbs cəzası alıb.
Allsport.az xəbər verir ki, 45 yaşlı Balan 2017-ci ildə İva Radiçdən boşandıqdan sonra üç uşağının heç birinə aliment ödəməyib. 2021-ci ildə məhkəmə onu 4 il sınaq müddəti olmaqla bir il şərti həbs cəzasına məhkum edib və keçmiş həyat yoldaşına 80 min avro ödəməyə qərar verib.
Məhkəmənin qərarına əməl etməyən Balabana hökm oxunub. O, 2024-cü ilin əvvəlində bir il müddətinə həbsxanaya göndəriləcək.