Ançelotti tarixdə 6 ÇL finalına yüksələn ilk məşqçidir

“Real” futbolçuları çempionlar liqasının yarımfinal mərhələsinin cavab oyununda “Bavariya”ya qalib gəliblər.

Allsport.az xəbər verir ki, görüş 2:1 hesabı ilə finala yüksələn madridlilərin (ilk oyun 2:2) xeyrinə başa çatıb.

Karlo Ançelotti çempionlar liqası tarixində 6 dəfə finala çıxan ilk məşqçi olub.

64 yaşlı italiyalının 4 çempionlar liqasının finalında qələbəsi var: 2 dəfə “Milan”la (2002/03, 2006/07) və 2 dəfə “Real Madrid”lə (2013/14, 2021/22). Ançelottinin çempionlar liqasının finalında yeganə məğlubiyyəti 2004/05 mövsümündə olub.

Həmin kateqoriyadan