Arauxodan nümunəvi addım

“Barselona”nın müdafiəçisi Ronald Arauxo ad gününü qeyd etmək və komanda daxilində birliyi gücləndirmək məqsədilə komanda yoldaşları üçün şam yeməyi təşkil edib.

Allsport.az xəbər verir ki, tədbirdə baş məşqçi Hansi Flik və onun bütün köməkçiləri də iştirak ediblər.

Görüşün ən diqqətçəkən qonaqlarından biri Mark-Andre ter Ştegen olub. Yanvarda oyun təcrübəsi qazanmaq üçün “Jirona”ya icarəyə verilən, lakin ağır zədə səbəbindən mövsümü vaxtından əvvəl başa vuran almaniyalı qapıçı Arauxonun dəvətini qəbul edərək keçmiş komanda yoldaşlarına qoşulub. Bu jest kataloniyalıların həm çempionlar liqası, həm də la liqa uğrunda həlledici oyunlar öncəsi motivasiyasını artırmaq məqsədi daşıyır.

Həmin kateqoriyadan