Komitə yaradıldı, Azər Əliyev sədr seçildi

Milli olimpiya komitəsində təhlükəsiz idman prinsiplərinin gücləndirilməsi və müstəqil nəzarətin təmin edilməsi məqsədilə Təhlükəsiz idman komissiyası yaradılıb. Allsport.az saytı xəbər verir ki, bu qurum idman mühitində etik dəyərlərin qorunmasına, idmançıların rifahının təmin olunmasına və təhlükəsiz idman mühitinin inkişafına töhfə verəcək. Komissiyanın tərkibi belədir:

Azər Əliyev – MOK-un baş katibi, komissiyanın sədri
Təhminə Tağızadə – Azərbaycan milli antidopinq agentliyinin icraçı direktoru
Elgün Səfərov – Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin şöbə müdiri
Xəzər İsayev – Ədalətli oyunlar komissiyasının sədri
Fəridə Əzizova – Atletlər komissiyasının sədri

Həmin kateqoriyadan