- Baxış sayı: 104
- 19 Yanvar 2023 13:45
- Baxış sayı: 85
- Fevral 06, 2023
- 0
Respublika olimpiya mərkəzində atletika üzrə 2008-2009-cu il təvəllüdlülərin Bakı qış birinciliyi başa çatıb. Allsport.az saytı xəbər verir ki, yarışda müxtəlif klubları təmsil edən 110 idmançı mübarizə aparmışdır. Yarışda atletlər 60, 200, 400, 800, 1500 metr məsafələrə qaçış, 4×200 metr məsafədə estafet qaçışı, uzunluğa, üçtəkanla tullanma, eləcə də yadro itələmə yarışlarında mübarizə aparıblar.
Oğlanlarda Həmid Nəbiyev, Nihat Tağıyev, Cavid Hüseynov, Abdulla Əliyev, Əmir İsmayılov, Furqan Bünyatov 1-ci yerləri tutublar.
Qızların rəqabətində Fidan Osmanlı, Nərmin Hüseynli, Nila Heydərova, Mələk Hüseynova qalib olublar. 4×200 metr məsafədə estafet qaçışında oğlanlarlarda komanda hesabında “Təhsil-5”, qızlar arasında isə “Rekord-1” 1-ci yeri tutub.
Qaliblərə müvafiq dərəcəli diplom və medallar təqdim edilib.