- Baxış sayı: 51
- 22 İyul 2024 10:16
- Baxış sayı: 47
- İyul 26, 2024
- 0
AKAF idman nazirliyinin 3 nominasiyasında mükafat qazandı.
Allsport.az xəbər verir ki, gənclər və idman nazirliyi tərəfindən 2023-cü ilin idman yekunlarına həsr edilmiş tədbir keçirib. Tədbir zamanı müxtəlif nominasiyalar üzrə ilin ən yaxşılarının adları açıqlanıb. Azərbaycan kanoe və avarçəkmə federasiyası 3 nominasiya üzrə mükafatçılar sırasında yer alıb.
AKAF 2023-cü ilin idman federasiyası nominasiyasında 3-cü olub. Federasiya tərəfindən keçirilən ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Prezident Kuboku-2023” reqatası ilin idman tədbiri nominasiyasında mükafat qazanıb. Reqata 2023-cü ilin ikinci ən yaxşı tədbiri seçilib.
“Prezident kuboku” və “Mingəçevir reqatası” kimi beynəlxalq avarçəkmə yarışlarının keçirildiyi “Kür” olimpiya tədris-idman mərkəzi isə 2023-cü ilin ən yaxşı idman qurğusu nominasiyasında birinci yerə layiq görülüb.