- Baxış sayı: 105
- 05 Fevral 2026 21:01
- Baxış sayı: 408
- Fevral 16, 2026
- 0

27-28 fevralda gənclər və idman nazirliyi ilə Azərbaycan kanoe və avarçəkmə federasiyasının birgə təşkilatçılığı əsasında avarçəkmənin akademik, kayak və kanoe növlərində Azərbaycan birinciliyi keçiriləcək.
Allsport.az xəbər verir ki, Mingəçevirdə, “Kür” olimpiya tədris-idman mərkəzində baş tutacaq yarış handikap sistemi üzrə olacaq.
İdmançılar fərdi olaraq bir nəfərlik qayıqlarla akademik avarçəkmədə 4000 metr, kayak və kanoedə isə 2000 metr məsafə qət edəcəklər. Qaliblər vaxt göstəricilərinə əsasən müəyyənləşəcək.
Azərbaycan birinciliyində Bakı və Mingəçevirdən 2008-2013-cü il təvəllüdlü ümumilikdə 80 idmançı mübarizə aparacaq. Qaliblər diplom və medallarla mükafatlandırılacaqlar. Fərqlənən idmançılar ümummilli lider Heydər Əliyevin 103-cü ildönümünə həsr ediləcək “Prezident kuboku-2026” və digər beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcək komandanın heyətinə cəlb olunacaq.