Qitə çempionatında 14 şahmatçı

Aprelin 7-də Polşanın Katovitse şəhərində şahmat üzrə şəxsi Avropa çempionatı başlayacaq. Allsport.az saytı xəbər verir ki, mötəbər yarışa 43 ölkədən 502 şahmatçı qatılacaq.

Azərbaycanı bu mübarizədə Aydın Süleymanlı, Məhəmməd Muradlı, Nicat Abasov, Read Səmədov, Xaqan Əhməd, Xəzər Babazadə, Şiroğlan Talıbov, Vüqar Manafov, Şahin Vəliyev, Ümid Aslanov, Gövhər Beydullayeva, Süleyman Süleymanlı, Əli Zuqanov və Ceyhun Hüseynzadə təmsil edəcəklər.

Avropa çempionatı gələn il keçiriləcək dünya kubokuna vəsiqə qazandıracaq. Yarış 11 turdan ibarətdir. Rəqatə aprelin 19-da yekun vurulacaq.

Həmin kateqoriyadan