Avropa liqasında Moldova və Ermənistan klubları arasında oyunda “Qarabağ Azərbaycandır!” şüarı

Moldova azərbaycanlıları konqresi “Qarabağ Azərbaycandır!” adlı aksiya keçirib.

Allsport.az saytı xəbər verir ki, 100-ə yaxın soydaşımız Avropa liqasının pley-off mərhələsində Kişineuda keçirilən “Şerif” (Moldova) – “Pünik” (Ermənistan) qarşılaşmasında ingilis və türk dillərində yazılan “Qarabağ Azərbaycandır!” şüarı olan köynək geyinərək yerli kluba dəstək olublar.

Tədbirdə Azərbaycan və Moldovanın dövlət bayraqları dalğalandırılıb.

Bu qarşılaşmada “Şerif “komandası penaltilərdə 3:2 qalib gələrək (hər 2 oyun – 0:0), Avropa liqasının qrupuna vəsiqə qazanıb.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish