- Baxış sayı: 31
- 20 Dekabr 2024 23:54
- Baxış sayı: 152
- Dekabr 18, 2024
- 0
“Qəbələ”nin Avropa Liqasının qrup mərhələsidə “Anderlext”ə qarşı səfər oyununu (1:3) qitənin bir sıra nəhəng klublarının skautları da izləyib. Allsport.az saytı xəbər verir ki, bu barədə Belçika mətbuatı məlumat yayıb.
Bildirilir ki, görüşü izləyənlər arasında İngiltərənin “Mançester Siti”, “Arsenal” və “Nyukasl”, İspaniyanın “Valensiya”, Almaniyanın “Borussiya” (Dortmund) klublarının da skautları olub.
Onlar Belçika komandasının gənc futbolçularını, xüsusilə də 19 yaşlı Yuri Tilemansı izləməyə gəlib. Amma o, qarşılaşmanın əvvəlində zədələnərək meydanı tərk etmək məcburiyyətində qalıb.