- Baxış sayı: 190
- 26 Fevral 2026 13:45
- Baxış sayı: 63
- Fevral 26, 2026
- 0

Fevralın 28-də Bakı kitab mərkəzində Azərbaycan idman akademiyasının (ASA) fizioterapiya təhsil proqramı üzrə məsul şəxsi, Avstriyanın “Complex Core+” təşkilatının icraçı direktoru Roman Yahodanın hazırladığı “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib.
Allsport.az xəbər verir ki, təqdimat mərasimində gənclər və idman naziri Fərid Qayıbov, səhiyyə naziri Teymur Musayev, ASA-nın rektoru Fuad Hacıyev, bir sıra dövlət qurumlarının məsul şəxsləri, hərbçilər, qazilər, Akademiyanın əməkdaşları, idman mütəxəssisləri və digər qonaqlar iştirak ediblər.
ASA və “Complex Core” təşkilatının birgə layihəsi olan bu kitab ölkəmizdə bu sahə üzrə çap edilmiş ilk tədris vəsaitidir. Kitabın məzmununa uyğun foto çəkilişləri tələbələrin iştirakı ilə “Medilab”da, tərtibatı isə idman jurnalistikası magistrlərinin vasitəsilə İdman Akademiyasında aparılıb. Kitab, tələbələr üçün dərs vəsaiti olmaqla yanaşı, həm də fizioterapistlər, məşqçilər və fitnes mütəxəssisləri üçün gündəlik iş fəaliyyətlərində istifadə edə biləcəkləri bir bələdçi olacaq.