- Baxış sayı: 45
- 04 Noyabr 2026 22:52
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Sumqayıt” premyer liqanın XXII turunda səfərdə “Kəpəz”ə 0:3 hesabı ilə uduzub.
Allsport.az xəbər verir ki, Yevlaxda baş tutan görüşdən sonra “kimyaçılar”ın baş məşqçisi Saşa İliç məğlubiyyəti belə şərh edib:
“İlk növbədə “Kəpəz”i təbrik edirəm. Birinci hissədə bu mövsüm ən bərbad oyunumuzu keçirdik. Belə bəsit qollar buraxdığımıza inana bilmirəm. İkinci yarıda toparlanmağa çalışsaq da aldığımız qırmızı vərəqə hər şeyi dəyişdi. Qarşıda kubok matçımız var. Diqqətimizi ora yönəltməyə çalışacağıq”.