- Baxış sayı: 18
- 17 Dekabr 2025 18:56
- Baxış sayı: 91
- Dekabr 17, 2025
- 0

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Norveç – Türkiyə matçının yeri dəyişdirilib. Allsport.az xəbər verir ki, qarşılaşma martın 27-də İspaniyanın Malaqa şəhərində reallaşacaq.
Koronavirus pandemiyası ilə bağlı səyahət məhdudiyyətinin tətbiq olunmasına görə qarşılaşma fərqli məkana salınıb.
Türkiyə millisi Niderland, Norveç, Monteneqro, Latviya və Cəbəllütariqlə birlikdə “G” qrupunda yer alıb.