- Baxış sayı: 38
- 09 Aprel 2026 22:19
- Baxış sayı: 56
- Aprel 09, 2026
- 0

Niderlandın Veyk-an-Zee şəhərində keçirilən “Tata Steel Chess” turniri sona yaxınlaşır.
Allsport.az xəbər verir ki, 12-ci turda Azərbaycan şahmatçısı Aydın Süleymanlı Frederik Sveynə (Almaniya) qalib gəlib. Bu, şahmatçının yarışda 6-cı qələbəsi olub. 8,5 xal toplayan Aydın əlavə göstəricilərdə rəqiblərini qabaqlayaraq birinci yerdə qərarlaşıb.
Bu gün son turun görüşləri keçiriləcək.