Azərbaycan beynəlxalq təşkilatın yubiley konqresində təmsil olundu

Beynəlxalq idman mətbuatı assosiasiyası AIPS dünyanın ilk jurnalist təşkilatıdır.

Allsport.az xəbər verir ki, 1924-cü il iyulun 2-də Parisdə təsis edilib. Odur ki, 2 iyul hər il beynəlxalq idman jurnalisti günü kimi bütün ölkələrdə qeyd olunur. 

Bu il yaranmasının 100-cü ildönümünü qeyd edən AİPS-in yubiley konqresinə ev sahibliyini İspaniyanın Barselona əyalətinin qədim Kataloniya kurort-şəhəri Santa Susanna etdi. Aralıq dənizi sahilində qərar tutan, əsrarəngiz gözəlliklər məskəni bu şəhər dünyanın fitnes və bodibildinq paytaxtı kimi də tanınır.

Aprelin 28-dən mayın 2-dək Santa Susannadakı beşulduzlu Atzavara hotel və spa məkanında idman jurnalistlərinin beynəlxalq qurumunun 86-cı konqresi maraqlı  məqamlarla yaddaşlara həkk olundu.

Ali forumun keçirildiyi salonda üzərinə 100-dən artıq ölkənin adı yazılmış lövhəciklər arasında, həmişə olduğu kimi, Azərbaycan nümayəndələrinin yeri ön cərgədə idi. 

Konqresdə ölkəmizi Azərbaycan idman jurnalistləri assosiasiyasının təsisşiləri və prezidenti əməkdar jurnalist Eldar İsmayılov, 1-ci vitse prezidenti, beynəlxalq qurumun Avropa bölməsi icraiyyə komitəsinin üzvü Nərgiz Mahmudzadə təmsil edirdilər. Tanınmış idman mütəxxəssisi, bu sahəyə aid çoxsaylı kitabların müəllifi Kazım Əliyevin yaratdığı və uzun illərdən bəri fəaliyyət göstərən “İgid” güləş klubu mətbuat xidmətinin rəhbəri Azər Əliyev isə konqresdə ilk dəfə müşahidəçi statusu ilə iştirak edirdi.

Rəsmi açılış mərasimində Santa Susannann valisi Joan Campolier Montsant nümayəndələri salamladı, dünya idman jurnalistlərinin belə bir mötəbər ali forumunun onun 1976-cı ildən bəri – düz 48 il rəhbərlik etdiyi doğma şəhərində baş tutmasından iftixar hissi keçirdiyini bildirdi. 

Həmin kateqoriyadan