Azərbaycan millisi İrana da qalib gəldi!

Tatarıstanın paytaxtı Qazanda İslam ölkələri arasında “Orksis kuboku” buzüstü xokkey turniri davam edir. Allsport.az saytı xəbər verir ki, tarixində ilk dəfə beynəlxalq turnirdə iştirak edən Azərbaycan millisi ilə yanaşı, Türkiyə, Qazaxıstan, Pakistan, Monqolustan, İran, Livan, Bəhreyn, Tatarıstan və Qırğızıstan mübarizə aparırlar.

Bu gün Azərbaycanın “Baku Flames” komandası İran komandası ilə qarşılaşıb. Oyun komandamızın 11:6 hesablı qələbəsilə başa çatıb. Azərbaycan ilk oyununda Bəhreynə 8:3 hesabı ilə qalib gəlmişdi.

Həmin kateqoriyadan