Azərbaycan prezidenti bir qrup idman adamını təltif etdi

İlham Əliyevin 30 dekabr 2022-ci il tarixli sərəncamları ilə idmanın inkişafında xidmətlərinə görə Çopsiyev İsmayıl Səməd oğlu və Məmmədyarov Həmid Hilal oğluna Azərbaycan prezidentinin fərdi təqaüdü verilib.

Allsport.az saytı xəbər verir ki, Cəfərov Ağanağı Cəfər oğlu, Həmidov Tofik Sadıq oğlu, Həsənov Məlik Ənvəroviç, Xanəliyev Tofiq Sarxan oğlu, İsmayılov Musa Çoban oğlu, Qurbanov Ağa Yusif Kazım oğlu, Mustafayev Ramiz Yaqub oğlu, Namazəliyev Əfsər Hüseyn oğlu, Rəcəbov Faiq Əbdül oğlu, Rəşidov Rəşad Yusif oğlu, Tahirov İsmayıl Ağababa oğlu, Umudov Firdovsi Qəminalı oğlu, Vahabzadə Asmira Hacı qızı və Zudov Aleksandr Nikolayeviçə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüblər.

Çələbiyev Cavid Namiq oğlu, Əsədov Fuad İsmayıl oğlu, İsmayılov Çingiz Məmməd oğlu və Məmmədzadə Nurlanə Balahüseyn qızı “Tərəqqi” medalı ilə təltif ediliblər.

Həmin kateqoriyadan