- Baxış sayı: 81
- 22 Fevral 2026 17:29
- Baxış sayı: 168
- Fevral 22, 2026
- 0

Şahmat üzrə Azərbaycan çempionatında final mərhələsinin cavab görüşləri keçirilib.
Allsport.az xəbər verir ki, cavab oyunlarında rəmzi ilk gedişi gənclər və idman naziri Fərid Qayıbov edib.
Şəhriyar Məmmədyarov-Məhəmməd Muradlı mübarizəsində cavab oyunu həlledici olub. Ağ fiqurlarla çıxış edən Məhəmməd Muradlı gərgin görüşdə qalib gəlib. İki görüşün yekun nəticəsinə əsasən 1,5-0,5 hesabıyla qələbə qazanan Məhəmməd Muradlı Azərbaycan çempionu tituluna sahib çıxıb.
Yarışın reytinq favoriti Şəhriyar Məmmədyarov ardıcıl ikinci il finalda uduzaraq gümüş medalla kifayətlənib.
Aydın Süleymanlı Read Səmədovu ikinci görüşdə də məğlub etdi. 2-0 hesablı qələbə qazanan Aydın ölkə çempionatının bürünc medalçısı oldu.
Qadınların yarışında Ayan Allahverdiyeva ağ fiqurlarla Ülviyyə Fətəliyevanı məğlub etdi. İki görüşdən sonra hesab 1-1 olduğundan qadınlar arasında çempion tay-brekdə məlum olacaq.