- Baxış sayı: 33
- 06 Aprel 2026 12:06
- Baxış sayı: 129
- Aprel 03, 2026
- 0

Litva “Suduva”sına keçən yaponiyalı futbolçu Keysuke Honda “Neftçi”dən ayrılmasının səbəbləri haqda danışıb.
Allsport.az xəbər verir ki, o, keçirilən mətbuat konfransında bununla bağlı deyib:
“Klubda mənə müqavilə imzalamağı təklif etdilər. Amma mən həmişə yeni çağırışlar axtarıram. Azərbaycanda çempion olduğum üçün xoşbəxt idim. Ancaq mən beləyəm, yeni çağırış istəyirəm. Ona görə buradayam. Rusiya, Niderland, Meksika və müxtəlif yerlərdən təkliflər almışdım”.
Honda ötən mövsümün sonunda “Neftçi”dən ayrılıb. O, Bakı klubunun heyətində meydana çıxdığı 7 oyunda 2 qol vurub.