Azərbaycanda valideynlər hakimlərlə dalaşıb

14 yaşadək futbolçular arasında keçirilən Azərbaycan çempionatının “Neftçi” İK İB – “Atletiko Bakı” oyunu zamanı kütləvi qarşıdurma baş verib.

Allsport.az xəbər verir ki, qonaqların icraçı direktoru Xalid Hacıyev komandanın futbolçularının valideynlərini hakimlərə qarşı ədavətə və qəddarlığa vadar edib. Matç bitdikdən sonra isə “Atletiko Bakı”nın məşqçiləri Namiq Cəfərov və Sərraf Əhmədov hakimləri təhqir edib.

AFFA intizam komitəsinin qərarı ilə Hacıyev 6 ay müddətinə bütün yarışlardan kənarlaşdırılıb. Məşqçilər isə 3 oyunluq cəzaya məruz qalıb.

Həmin kateqoriyadan