Azərbaycanlı futbolçunun erməni tərəfindən dəhşətli qətlinin təfərrüatları

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı futbolçu Emil Hüseynovun ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilməsinin təfərrüatı ortaya çıxıb. Allsport.az milli.az saytına istinadla xəbər azərbaycanlılara qarşı bu cür təxribatların əvvəlcədən planlaşdırıldığı məlum olub.

Saxlanılan Tiqran Çiçakyan qətli törətdiyini etiraf etsə də, dəhşətli cinayət Rusiya KİV-də bir neçə gün əks olunmayıb. Yalnız Daxili İşlər Nazirliyinin kriminal xronikasında bir neçə cümlə yazılıb. Məsələnin partlayış həddində olduğunun yalnız bu gün fərqinə varıblar. Ötən gün qətlin törədildiyi yerdə azərbaycanlılar aksiya keçiriblər.

Sosial şəbəkələrdə isə ermənilərdən qisas alınacağı yazılır. “Qan qanla yuyulmalıdır” deyə mesajlar verilir. Rusiyada yaşayan azərbaycanlı gənclər tezliklə qisasın alınacağını bildirirlər.

Azərbaycanın vilayətdəki baş konsulu Sultan Qasımov deyir ki, belə hadisələr əvvəldən gözlənilirdi: “Mən bunları görürdüm. İki-üç ay əvvəl mən bütün strukturlara müraciət etdim. 24 aprel yaxınlaşır… Bizi qoruyun”.

Şahidlər isə deyirlər ki, şəhərdə azərbaycanlılara qarşı təxribat törədiləcəyini əvvəlcədən bilənlər var idi. Hətta Alpinistlər 57 ünvanındakı “У Саши” (Saşanın yeri) restoranında qətlin olacağını əvvəlcədən bilirmişlər.

“Kafenin bağlanmasından bir az əvvəl qızlar daxil oldular. Onlar buraya tez-tez gəlirdilər, ancaq gecələr deyil, gündüzlər. Onlardan niyə gecə saatlarında gəldiklərini soruşanda: “Davaya baxmaq istəyirik”, – deyə cavab veriblər.

Bundan sonra kafeyə beş nəfər idmançı cüssəli cavan oğlan daxil olub. Onlar məqsədyönlü şəkildə orada yığışan azərbaycanlılara söz atmağa başlayıblar. Faciə isə Emil Hüseynova “Sən azərbaycanlısan?” sualına “Hə” cavabı alandan sonra baş verib. Emili birinci gicgahından vurublar, sonra da gözündən. Yerə yıxılanda dəyənək və bıçaqla vurmağa başlayıblar. O, hadisə yerində ölüb.

Hadisə zamanə kafenin qonaqlarından biri də yaralanıb. Hüquq mühafizə orqanlarından isə hadisəni sərxoşluq vəziyyətində baş vermiş kimi qələmə verərək, təfərrüatı istintaq sirri adı ilə gizlədiblər. Ermənilərin irqi qisasçılıq zəminində azərbaycanlını qətlə yetirməsini ictimailəşdirməkdən çəkiniblər.

Həmin kateqoriyadan