- Baxış sayı: 113
- 05 May 2026 18:40
- Baxış sayı: 424
- May 22, 2026
- 0

Azərbaycan idman akademiyası (ASA) 2026-cı ilin yaz və yay ayları üçün “Qonaq alimlər” proqramına müraciətlərin qəbulunu elan edir.
Allsport.az xəbər verir ki, bu proqram ASA-nın dinamik akademik mühitində intellektual mübadilənin, fənlərarası əməkdaşlığın və elmi tədqiqat fəaliyyətinin inkişafının təşviqinə yönəlib.
Müxtəlif akademik mühitləri və beynəlxalq təcrübəni təmsil edən alimlər proqrama müraciət etməyə dəvət olunur.