- Baxış sayı: 37
- 24 Noyabr 2024 22:46
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Belarusun paytaxtı Minskdə təşkil olunan “Bizim gələcəyimiz” turnirinə yekun vurulub.
Allsport.az xəbər verir ki, “Qarabağ”ın 15 yaşadək futbolçulardan ibarət komandasının iştirak etdiyi yarışda ən yaxşılar mükafatlandırılıb.
Komandanın futbolçusu Əli Bəşirov fərdi mükafata layiq görülüb. O, turnirin ən yaxşı yarımmüdafiəçisi seçilib.
“Qarabağ” qrup mərhələsində Rusiya təmsilçiləri “Zvezda” (2:0) və “Olimpik”i (2:0) məğlub edib, Belarusun BATE komandası ilə bərabərə qalıb – 1:1. 1/4 finalda Belarus təmsilçisi ROEM-BDU ilə qolsuz heç-heçə edən “Qarabağ” penaltilər seriyasında 6:7 hesabı ilə uduzub.
Qeyd edək ki, Vüqar Əsgərlinin baş məşqçisi olduğu U-15 komandası turnirdə 5-ci yeri tutub. “Qarabağ” 5-8-ci yerlər uğrunda matçda yerli “İsloç”a, ardınca Rusiya “Baltika”sına eyni – 1:0 hesabı ilə qalib gəlib.