AzAL “Sumqayıt”ı məğlub yola saldı

“Sumqayıt” və AzAL bu gün yoxlama oyunu keçirib. Allsport.az xəbər verir ki, mövsümün qalan hissəsinə hazırlığı Azərbaycanda keçirən bu iki klub bir-biri ilə qarşılaşıb.

90 dəqiqə ərzində qapılara cəmi bir qol vurulub. Yeganə qolu da AzAL vurub. Nəticədə, “təyyarəçilər” bu dəfəki oyundan 1:0 hesablı qələbə ilə ayrılıblar.

Xatırladaq ki, iki gün öncə bu komandalar arasında daha bir oyun keçirilmiş və həmin oyunda hesab açılmamışdı – 0:0.

Həmin kateqoriyadan