- Baxış sayı: 34
- 26 İyul 2024 21:04
- Baxış sayı: 47
- İyul 26, 2024
- 0
“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino premyer liqa matçında “Everton” üzərində qələbəni (6:0) şərh edib.
Allsport.az xəbər verir ki, o, futbolçular arasında baş verən insidentə görə də üzr istəyib:
“Rəqib qapısı qarşısında çox təsirli idik. Şadam.
Palmerin bu qədər qol vuracağını gözləyirdim? Yox. Onun yaxşı oynayacağı gözlənilirdi. Amma o, əla oynayır, komanda üçün heyrətamiz işlər görür. Sevinirəm ki, o, 4 qol vurdu.
Penalti üstündə mübahisə? Bağışlayın. Gənc komandanın öyrənməli olduğu bir proses gedir. Matçdan sonra futbolçularla bu barədə danışdım. Kaş ki, bu sonuncu dəfə olsun. Azarkeşlərdən üzr istəyirəm”.