AzDBTİA-da üzgüçülük məşqçiləri üçün seminar

Dövlət bədən tərbiyəsi və idman akademiyasında üzgüçülük məşqçiləri üçün seminara start verilib. Allsport.az saytı xəbər verir ki, açılışda Azərbaycan üzgüçülük federasiyasının prezidenti Xanlar Fətiyev mütəxəssisləri salamlayıb və onlara uğurlar arzulayıb.

Sonra beynəlxalq dərəcəli məşqçi İvan Petrovun təqdimatı ilə tədbirə başlanılıb. Seminara ölkəmizdə olimpiya idman komplekslərinin üzgüçülük hovuzlarının, eləcə də, Bakı və Sumqayıt şəhərlərinin üzgüçülük mərkəzlərinin məşqçiləri, idman akademiyasının bu ixtisas üzrə təhsil alan tələbələri cəlb olunublar.

170-ə yaxın məşqçinin qatıldığı treninqin sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim ediləcək.

Həmin kateqoriyadan