- Baxış sayı: 58
- 16 Dekabr 2024 19:50
- Baxış sayı: 152
- Dekabr 18, 2024
- 0
İtaliyanın Pesaro şəhərində bədii gimnastika üzrə dünya kuboku yarışları keçirilib. Allsport.az xəbər verir ki, turnirdə bədii gimnastika üzrə yığma komandamızın üzvləri Zöhrə Ağamirova və Arzu Cəlilova iştirak ediblər.
Olimpiya oyunlarına təsnifat xarakteri daşıyan kubok yarışlarından sonuncusu olan bu turnirdə Ağamirova ən yaxşı nəticəni lentlə göstərərək 11-ci yerdə qərarlaşıb. Böyüklər arasında öz qüvvəsini bu ildən sınayan Cəlilova isə ən yaxşı nəticəni gürzlərlə göstərib (22-ci yer).
Ağamirova 2019-cu ildə Bakıda keçirilmiş dünya çempionatında “Tokio-2020” yay olimpiya oyunlarına lisenziya qazanıb.