“Bəzən son görüşlərdə xoşagəlməz hadisələr olur”

26 mayda premyer liqanın son turunda “Qarabağ” öz meydanında “Araz-Naxçıvan” ilə 2:2 edib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov bunu deyib:

“Futbolçularımı təbrik edirəm. Neçə tur əvvəldən çempionluğu təmin etmələrinə baxmayaraq, kuboku bu gün alacaqlar. Hamı bunu gözləyir. Elə futbolçu var ki, ilk dəfə çempionluğu bayram edəcək, ilk dəfə bu hissi keçirəcək.

Sakit matç alındı. Hər 2 komandanın futbolçuları centlmensayağı oyun keçirdilər. Mənim üçün xoş oldu. Bəzən son görüşlərdə xoşagəlməz hadisələr olur. Belə olmasını istəməzdim. Elmar Baxşıyevə uğurlar arzulayıram”.

Həmin kateqoriyadan