- Baxış sayı: 22
- 26 Dekabr 2024 14:16
- Baxış sayı: 176
- Dekabr 18, 2024
- 0
Azərbaycan premyer liqasının XI turunun “Kəpəz” – “Səbail” oyunundan (1:0) sonra meydan sahiblərinin baş məşqçisi Azər Bağırov mətbuat konfransında iştirak edib. Allsport.az xəbər verir ki, Gəncə təmsilçisinin oyun haqda bunu deyib:
“Son görüşlər komandamızın oyununda böyük ruh yüksəkliyi yaratmışdı. Düzdü, oyunumuz istədiyimiz formada alınmadı. Amma, əzm, sonadək mübarizə vardı. Meydançaya əvəzetmədən buraxdığımız futbolçular da çalışdılar özlərini ən yaxşı tərəfdən göstərsinlər.
Elə Camal Cəfərov da belə fərqləndi. Oyundan-oyuna nələrisə daha yaxşı etməyə çalışacağıq. Bəzi matçlarda zəif çıxış etməklə xal qazanmaq olur. “Turan Tovuz” ilə son görüşdə də yaxşı oynadıq, uduzduq. Təki belə nəticəli oyunumuz çox olsun, xallar yığaq. Çempionatımızda yeni nəfəsli “Kəpəz” görək”.