- Baxış sayı: 30
- 24 Noyabr 2024 22:46
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Mayın 9-da 2015-16-cı il mövsümündə UEFA-nın klub yarışlarında və Premyer Liqa yarışlarında iştirak etmək hüququnu verən lisenziya üçün müraciət etmiş klubların sənədlərinə AFFA-nın Lisenziya Komissiyasının iclasında baxılmışdı. Allsport.az xəbər verir ki, Premyer Liqa yarışlarında iştirak etmək məqsədilə lisenziya üçün müraciət etmiş, lakin lisenziya almamış klubların 10 gün ərzində apellyasiya şikayəti vermək hüququ vardı.
Bu gün – mayın 19-u şikayətin verilməsi üçün son gün idi və yalnız bu gün, saat 16:30-da “Bakı” FK tərəfindən apellyasiya şikayəti daxil olub.
Apellyasiya şikayətində Lisenziya Komissiyasının qərarının hansı bəndi ilə razı olmadıqları, əlavə heç bir təsdiqedici sənəd təqdim etmədikləri, həmçinin “Azərbaycan Futbol “Premyer Liqası”nda iştirak etmək üçün Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydalar”ın müvafiq prosedur tələblərinə riayət etmədikləri üçün “Bakı” FK-nın apellyasiya şikayətinə baxılması məqsədəuyğun hesab edilməyib.