“Barselona” ÇL-də hansı səbətdə olacaq?

“Barselona” 2024/25 mövsümündən etibarən adi qrup mərhələsi əvəzinə yeni liqa mərhələsində keçiriləcək çempionlar liqasının püşkatmasının ilk səbətində olacaq.

Allsport.az verir ki, “Roma”nın turnirdə iştirak etməyəcəyi məlum olanda “Barselona”ya birinci səbətdə olacağına zəmanət verilmişdi. “Roma”nın çempionlar liqasına vəsiqə qazanması üçün “Atalanta” “A” seriyasını beşinci yerdə bitirməli idi, lakin Berqamo klubu dördüncü yerə yüksəldi.

Çempionlar liqasının liqa mərhələsində cəmi 36 komanda bir “liqa” çərçivəsində oynayacaq və hər komanda digər səkkiz komanda ilə oynayacaq. Komandalar 2023/2024 mövsümü üçün UEFA əmsallarına əsasən hər biri doqquz komandadan ibarət dörd qaba bölünəcək. Hər komanda dörd evdə və dörd səfərdə (dörd qabda hər rəqibə qarşı bir ev və bir səfər oyunu) oynayacaq.

Həmin kateqoriyadan