“Barselona”da ağır itki

“Barselona”nın müdafiəçisi Jül Künde İspaniya kubokunun yarımfinalında “Atletiko Madrid”lə oyunda (3:0) zədələnib.

Allsport.az xəbər verir ki, matçın 13-cü dəqiqəsində meydanı tərk edən 27 yaşlı fransalı futbolçunun bərpası üçün təxminən bir ay vaxt lazım olacaq.

Cari mövsümdə 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalan Kündenin yoxluğuna rəğmən, “Barselona” cavab oyununda qalib gəlsə də, ilk matçdakı (4:0) üstünlüyü sayəsində finala “Atletiko Madrid” yüksəlib.

Həmin kateqoriyadan