- Baxış sayı: 44
- 26 Sentyabr 2026 10:55
- Baxış sayı: 50
- Sentyabr 26, 2026
- 0

Martın 4-də Monteneqronun Budva şəhərində gənc boksçular arasında dünya kuboku statuslu “Adriatik incisi” beynəlxalq turniri start götürəcək.
Allsport.az xəbər verir ki, 8 gün davam edəcək yarışda Azərbaycan yığması da mübarizə aparacaq.
Məşqçilər Yadigar Məmmədov, Ceyhun Əbiyev və Elvin Məmişzadə turnirdə Aydın Qasımov (55 kq), Əli Baxışov (60 kq), Vüsal Xəlilov (65 kq), Rza Rzayev (70 kq), Renat Qiyaslı (75 kq), İsmayıl Vəliyev (80 kq), Heydər Əzməmmədov (85 kq), Zaur Səmədov (90 kq) və Səfdər Məmmədzadəyə (+90 kq) fürsət verəcək.
“Adriatik incisi”ndə İlqar Qasımzadə hakimlər sırasında yer alacaq.