- Baxış sayı: 39
- 05 Dekabr 2025 15:00
- Baxış sayı: 38
- Dekabr 05, 2025
- 0

Kontinental xokkey liqasında (KXL) çıxış edən “Sibir” klubu baş məşqçi Vyaçeslav Butsayevlə yolunu ayırdığını rəsmən elan edib.
Allsport.az xəbər verir ki, Butsayev bu vəzifəyə oktyabrın 3-də təyin edilmişdi və klubda cəmi altı həftə işləyib.Bu müddət ərzində “Sibir” cəmi üç matçda qələbə qazanıb və 12 məğlubiyyətə uğrayıb.
Klubun qərarı ilə baş məşqçi vəzifəsini müvəqqəti icra etmək iki mövsümdür ki, məşqçi korpusunda köməkçi vəzifəsində çalışan Yaroslav Lyuzenkova tapşırılıb.
Hazırda “Sibir” 17 xalla KXL-in şərq konfransının turnir cədvəlində sonuncu yerdədir.