Benzema ərəb klubunu istəmir

“Əl İttihad”ın hücumçusu Kərim Benzema komandasını dəyişmək istəyir.

Allsport.az xəbər verir ki, 36 yaşlı fransalı Səudiyyə Ərəbistanının yüksək liqasının səviyyəsindən, peşəkarlığın və infrastrukturun olmamasından məyusdur.

Lakin onun müqaviləsi 2026-cı ilə qədər olduğu üçün bunu etmək çətin olacaq. Bundan əlavə, Benzemanın gedişi futbolçuya böyük sərmayə qoyan yerli liderlər tərəfindən təhqir kimi qiymətləndirilə bilər.

Həmin kateqoriyadan