“Bilmirəm, orada penalti var idi, yoxsa yox”

“Neftçi” premyer liqasının 4-cü turunda evdə “Zirə”yə 2:1 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Laurentsiu Regekampf qələbəyə belə şərh verib:

“Nəticəyə görə çox sevinrəm. Oyundan da çox razı qaldım. Çoxlu şanslar yaratdıq. Futbolçularım yaxı oyun göstərdilər. Onlar rəqibi təzyiq altında saxlayırdılar. Yenidən qapımızda penaltidən qol gördük.

Bilmirəm, orada penalti var idi, yoxsa yox. Sevinirəm ki, qol buraxdıqdan sonra oyunda dönüş yaratdıq”.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish