- Baxış sayı: 17
- 26 Dekabr 2024 16:23
- Baxış sayı: 176
- Dekabr 18, 2024
- 0
“Neftçi” premyer liqasının 13-cü turunda evdə “Şamaxı” ilə 2:2 edib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Samir Abbasov bunu deyib:
“Xalqımızı möhtəşəm bayram münasibətilə təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Oyuna gəlincə, get-gedə komandadə nə problemlər var, nəyin üzərində durmalıyıq, hansı yöndə işləməliyik – bütün bunlar daha da çox sezilməyə başlayıb.
Bir çıxış yolumuz var – durmadan işləmək. Bu cür vəziyyətləri geridə qoymalı, pozitiv məsələlərin üzərində durmalı, onları yaxşılaşdırmalıyıq. Bu, yeni futbolçuların ortaya çıxması, bəzilərinin daha da inkişaf etməsidir. Hazırda məqsədimiz yaxın gələcəkdə bizə xeyir verəcək komanda qurmaqdır.
Murad Məmmədovu qeyd edərdim. Onu təbrik edirəm, oyuna çox yaxşı başladı. Düzdür, bizim əziyyət çəkdiyimiz məqam, yəni tempin düşməsi ikinci hissədə Muradda da özünü göstərdi. Açığı, “Neftçi” olaraq oyunların tempinə tab gətirə bilmirik. Bu bizim ən çox sezilən problemimizdir. Bunun üzərində işləyəcəyik”.