“Birdən-birə heç nə olmur”

“Kəpəz” Tərlan Əhmədov ilə mövsümün sonunadək müqavilə bağlanıb. Allsport.az saytı xəbər verir ki, yeni baş məşqçi təyinatı ilə bağlı bunu deyib: “Gəncə Azərbaycan futboluna saysız-hesabsız futbolçular bəxş edib. “Kəpəz”in böyük ənənələri var. Biz hamımız birlikdə çalışıb bu ənənələri bərpa etməliyik. Hara gəldiyimi yaxşı başa düşürəm.

Çətinlikləri bilirəm. Amma bu bizim üçün bəhanə olmamalıdır. İşimizi görməliyik, yaxşı nəticələr qazanmalıyıq. Klub rəsmiləri, azarkeşlər, veteranlar birlikdə olmalıyıq. Mən sizə söz verirəm ki, yaxın zamanlarda komandanın oyununda, nəticələrində irəliləyişlər görəcəksiniz.

Birdən-birə heç nə olmur, zaman lazımdır. Görüləcək işlərimiz həddindən artıq çoxdur. Komanda uzun müddət premyer liqada olmayıb. Hamı istəyir ki, Gəncədə futbol olsun, futbolçular yetişsin. Mənə verilən fürsətdən istifadə edib nəticələr qazanmağa çalışacağıq. Səylə işləyəcəyik. Hamımız üçün xeyirli-uğurlu olsun”.

Həmin kateqoriyadan